14 iyul 2023
154
“İnter Mayami” Messiyə görə ABŞ-da ən çox izlənilən klublardan biri olub
Argentina millisinin futbolçusu Lionel Messinin “İnter Mayami”yə keçidi ilə əlaqədar ABŞ klubunun sosial şəbəkədə izləyicilərinin sayı 10 dəfə artıb. YeniMeydan.infi-nun məlumatına görə, MLS təmsilçisi ölkədə məşhurluq baxımından ilk “5-liy”ə daxil olub.“İnter Mayami” 36 yaşlı hücumçunun keçidini iyunun 7-də açıqlayıb. Həmin vaxt komandanın instaqramda 900 minə yaxın izləyicisi olub. Hazırda isə bu rəqəm 8,6 milyona çatıb.
ABŞ-da yalnız 4 idman klubu “İnter Mayami”dən daha çox abunəçiyə malikdir. Bunlar “Çikaqo Bullz” (9,8 milyon), “Klivlend Kavalyers”, “Los-Anceles Leykers” və “Qolden Steyt Uorriorz”dur.
Qeyd edək ki, Lionel Messi son olaraq Fransada PSJ-nin formasını geyinib.
Oxşar Xəbərlər:

Messi “Barselona”dan maaş almaqda davam edir
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu

155 milyon depoziti olan Azərbaycan bankı 3 ildir ki – ƏMANƏTÇİLƏRİNƏ FAİZ ÖDƏMİR
Bakıda sotu 2 milyona torpağı kimlər satır, kimlər alır...

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat