13 iyul 2023
184
“Semaşko” ACINACAQLI DURUMDA – Həyətə axan kanalizasiya, açıq elektrik şəbəkəsi...
“TƏBİB-in “nümunəvi” klinikası olan və bəzilərinin ağız dolusu danışdığı, əslində isə bərbad gündə olan Kliniki Tibbi Mərkəzdən (keçmiş “Semaşko”) lentə alınan bu görüntülər hər kəsi heyrətləndirir. Bu cür şəraitdə işləmək oradakı həkim və tibb işçilərinə sözün həqiqi mənasında əzab verir”.
YeniMeydan.info bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev deyib.
“Gördüklərimdən heyrətə gəldim. Kanalizasiya sularının açıq şəkildə axıdılması, elektrik xəttlərinin açıq və təhlükəli şəkildə aparılması və digər faktları görəndə burda çalışanlara və müalicə alanlara yazığım gəldi. Zəngin tarixi və gözəl ənənələri olan bu tibb ocağındakı acınacaqlı vəziyyəti izah etməyə sadəcə söz tapmıram”.
Təqdim olunan faktlarla bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra məlumat veriləcək.
Mövzunu diqqətdə saxlayacağıq.
Oxşar Xəbərlər:
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
SÖZÜN BİTDİYİ AN… ZƏLZƏLƏDƏN SONRA MƏZARLIQDAN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR