11 iyul 2023
212
Kim təminat verə bilər ki, BQXK separatçılara silah-sursat daşımayıb? - Deputat
Əgər bu təşkilatın Bakı ofisi varsa, Qarabağda niyə ofis açılmalıdır?
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsindəki fəaliyyəti çoxsaylı suallar yaradıb. Araşdırmalar onu göstərir ki, bu fəaliyyətdə xeyli kriminal elementlər var. Bu fəaliyyət öz mahiyyəti etibarilə qanuna zidddir. Həm Azərbaycan qanunlarına həm də beynəlxalq hüquq normalarına daban-dabana ziddiyət təşkil edir”.
Bunu saytımıza Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd nəzarət buraxılış məntəqəsini bağlaması ilə bağlı danışarkən Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi əslində birbaşa öz funksiyası ilə məşğul deyil, o Qarabağ bölgəsində sözün həqiqi mənasında qaçaqmalçılıq fəaliyyəti göstərib:
“Bu qaçaqmalçılıq fəaliyyətinin mahiyyətinə vardıqda isə kim təminat verir ki, onlar Ermənistandan Qarabağda yaşayan erməni separatçılarına silah-sursat daşımayıb? Eyni zamanda onların Ermənistandan Qarabağa gətirdiyi məhsullar ki var o məhsullar heç bir nəzarət olmadan, heç bir yoxlamadan keçmədən, heç bir rəsmiləşdirmə aparılmadan eyni zamanda gömrük rüsumları həyata keçirilmədən reallaşdırılıb”.
Deputat qeyd edib ki, ortaya çıxan faktlardan biri də onunla bağlıdır ki, həmin bu təşkilatın Qarabağda açdığı nümayəndəlikdə Azərbaycan əleyhinə fəaliyyət göstərən anti-Azərbaycan mövqedə dayanan dövlətlərin də təmsilçiləri var:
“Yeri gəlmişkən onların bir çoxu Azərbaycandan qovulmuşdu. Ümumiyyətlə əgər bu təşkilatın Bakı ofisi varsa, Qarabağda niyə ofis açılmalıdır? Bu ofisin fəaliyyəti barədə niyə Azərbaycana heç bir məlumat verilmir? Niyə Azərbaycan qarşısında heç bir hesabatlılıq, aşkarlıq, şəffaflıq yoxdur? Deməli burada qara, çirkin niyyətlər var”.
E.Nəsirovun sözlərinə görə, ikinci Qarabağ müharibəsinin gedişi zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı təmsilçiliyinin nümayəndələri qaynar nöqtələrdə olmaq imkanına malik olublar və bu imkanlardan isə öz peşəkar fəaliyyətləri üçün deyil, əslində Ermənistana məxfi hərbi məlumatların ötürülməsi üçün istifadə olunub:
“Bunu sübut edən çoxsaylı faktlar artıq Dövlət Sərhəd Xidmətinin əlində var. Yeri gəlmişkən dəfələrlə də Azərbaycan hökuməti, bizim müvafiq qurumlarımız Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu fəaliyyətinə son qoyulmasını tələb edib. Bu fəaliyyətin qeyri-qanuni olduğunu bildirib. Amma nəticə yoxdur və bütün bunlar haqlı olaraq bu gün Azərbaycan cəmiyyətində, ictimaiyyətində də çox böyük narazılığa səbəb olub. Ona görə də Azərbaycan ərazisi olan Qarabağda əlahiddə olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinin xüsusi bir ofisinin fəaliyyət göstərməsi qeyri-qanunidir, qeyri-legitimdir. Onun fəaliyyətinin dayandırılması bu gündən ictimai tələbə çevrilmişdir”.

Oxşar Xəbərlər:
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Dünənki atışmada dəhşətli fakt: erməniləri kim hazırlayıb?
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
Şah oğlu niyə birdən-birə üzünü Güney Azərbaycana çevirdi – Maraq və müəmma
SÖZÜN BİTDİYİ AN… ZƏLZƏLƏDƏN SONRA MƏZARLIQDAN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR