07 iyul 2023
238

Nazir 4 milyon insanı təhqir etdi: Nə danışdığını anlamır!

 Elm və təhsil naziri Emin Əmrullayev çıxışında deyib ki, Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır. 2021-ci ildə ölkə əhalinin sayı 10,2 milyon nəfər olub. Bunların 6,6 milyon nəfərinin yaşı 25 və yuxarıdır. Onların da 60%-i təxminən 4 milyon nəfər edir. Nazirin sözlərinə inansaq, bu qədər insan oxuduğunu başa düşmür.
Mediatv.az xəbər verir ki, bu sözləri bank üzrə ekspert Samir Əliyev qeyd edib.
O bildirib ki, nazirin bu rəqəmi haradan aldığı bəlli deyil:
“Əminəm ki, bu istiqamətdə araşdırma da olmayıb. Belə olan halda nazir niyə məsuliyyətsiz fikir bildirir. Oxuduğunu anlamamaq savadsızlığın bir elementidir. Hökumət də deyir ki, ölkədə savadlılıq 100%-ə yaxındır. Belə çıxır ki, nazir təmsil olunduğu hökumətin rəqəmlərini yalana çıxarır.
Məncə, nazir özü nə danışdığını anlamır”.
Qeyd edək ki, nazir Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı "Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır" deyib.