22 may 2023
109

ELMLƏR NAMİZƏDİ PUL ÖDƏYİB 13-CÜ İMAM OLDU…

    Azərbaycan Elmlər Akademiyasında çalışan elmlər namizədi olan xanım 13-cü imam olduğunu təsdiqləmək üçün pul ödəyib.Tribunainfo.az yazır ki, bu barədə hüquqşünas Aqil Layıc məlumat paylaşıb. 13-cü imamlığa iddialı olan qadının adını açıqlamayan A.Layıc bildirib ki, imam olduğuna dair qadının əlində “sənəd” də var:
“Elmlər Akademiyasında işləyən elmlər namizədi bir xanımın xeyli pulunu alıblar ki, “məhz biz təsdiq edirik ki, sən 13-cü imamsan”. Əlinə də ərəb yazıları həkk olan bəzəkli bir sənəd verib, geydirmə möhür də vurublar.

Xanıma dedim ki, gedin şikayət edin ki, dələduzluq qurbanısınız. Xanım həqiqətən də inanırdı ki, 13-cü imamdır. Üstündən xeyli müddət keçəndən sonra mənə zəng edərək deyir ki, Türkiyədə imam sertifikatını yoxlatdırdım, dedilər ki, əsl sənəddir və orjinaldır. Sual verirəm ki, indi Siz 13-cü imam sayılırsınız? Deyir ki, nə bilim, amma sənəd doğrudur axı. Özünü ilk qadın imam sayır”.
A. Layıc bildirib ki, belə adamları aldatmaq daha rahatdir, aldadıldığını sübut etmək isə mümkün deyil.