27 fevral 2023
372
“TRENDYOL”UN BAĞLANMA SƏBƏBİ UMİCODUR… – FOTO
“Trendyol” alış-veriş saytına Azərbaycanda qadağa qoyulmasının səbəbi məlum olub. Dünyaca məşhur onlayn satış mərkəzinin fəaliyyəti Umicoya görə dayandırılır.Yenimeydan.info xəbər verir ki, hətta Umiconun rəsmi Facebook səhifəsində də bu barədə qeyd edilib. Belə ki, Umico sosial şəbəkələrdə öz reklamını edərkən “Trendyol”un anti-reklamı ilə məşğuldur.
Umico paylaşımlarından birincə açıq şəkildə qeyd edib ki, marketdə “Trendyol”a aid qadın və kişi üçün bütün növ geyimlər var.
Reklam mətnində həmçinin qeyd edilib: “Yüksək keyfiyyət və uyğun qiymətlərlə “Trendyol” da öz yerindədirədir. Sviterlər, ətəklər, köynəklər, şalvarlar, bir sözlə bizdə sizin bu yaz gözəl görünməyiniz üçün hər şey var. Çatdırılma maksimum dərəcədə tezdir. Siz öz sifarişinizi növbəti gün əldə edə biləcəksiniz. Sifariş verdiyiniz geyimin ölçüsünün sizə uyğun gəlməməsindən qorxursunuzsa, geyimdən bir neçə ədəd sifariş edib, əyninizdə yoxlayaraq sizə daha uyğun olanını götürə bilərsiniz”.
Umico bu reklam vasitəsilə müştərini özünə cəlb edərək çatdırmaq istəyir ki, “Trendyol”un sifarişləri daha gec gəlir və sifariş verdiyiniz geyimin ölçüsü uyğun deyilsə, onu dəyişmək imkanınız yoxdur.
Son günlər hətta Umico əməkdaşları vətəndaşlara zəng edərək onları geyim, elektronik əşya sifariş verməyə dəvət və israr edirlər. Bu barədə sosial şəbəkədə istifadəçisi Esmira Qasımova da məlumat paylaşıb:
“Bir dəfə mənə Umico-dan zəng edib seçilmiş müştəriləri olduqlarını dedilər (Bravodakı Umico kartından başqa heç yerdə istifadə etməmişəm bunların xidmətindən). Ay tez eləyin, qadın bölümünə daxil olun, malı seçin, həmən düyməni basın, dərhal bizə deyin və s kimi tələsik addımlar atmağa sövq edən danışıq. Uzun sözün qısası, dedilər ki, sən mal al, biz çatdıraq. Dedim, bəlkə qadın deyil, uşaq və ya kişi bölümündən nəsə almaq istəyirəm. O da olar, təki alın, dedilər. Kim deyir mən sizdən mal almaq istəyirəm və belə təzyiq göstərirsiniz soruşdum. Telefondakı qız dərhal yumşaldı: “siz bəyəm Trendyoldan sifariş etmirsiniz? Biz də xidmətimizi təklif edirik”.
Qeyd edək ki, 2020-cil ilin noyabr ayında fəaliyyətə başlayan Umico.az saytı və Umico tətbiqi Azərbaycanın ilk Marketpleysi, ilk onlayn alış-veriş platformasıdır. Bu sayt vasitəsilə müştərilərə evə çatdırılma ilə minlərlə məhsul təklif edilir.
Yeri gəlmişkən onu da xatırladaq ki, son bir neçə aydır ki, “Trendyol” sifarişləri gecikmələrlə gəlir. Hətta bəzi məhsullar 2-3 ay sonra çatdırılır. Sifarişçilər gecikmənin “Trendyol”la əlaqəsinin olmadığını deyirlər. Çünki məhsulun izlənməsində gecikmə məhsulun ölkəyə girişindən sonra olur.