16 may 2023
208
Məcnun Məmmədov nazir təyin edildikdən sonra onun şirkətlərdəki postunu iki nəfər əvəzlədi - TƏYİNATLAR
Rəhbəri Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilən “Agro Food İnvestments” MMC-nin (AFI) və onun strukturunda olan şirkətin bundan sonra kimin tərəfindən idarə ediləcəyi bəlli olub.
Yenimeydan.info Banker.az-a istinadən xəbər verir ki, Vahid Novruzov Vaqif oğlu aqrarşirkətin baş icraçı direktoru vəzifəsini icra edəcək.
Şirkətin baş icraçı direktoru Məcnun Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib. V.Novruzov isə buna qədər Məcnun Məmmədovun müavini idi.
V.Novruzov 2020-ci ilin iyunundan “Agro Food İnvestment”ə qoşulub. Şirkətin törəmə müəssələri olan “Grand-Agro” MMC və “Grand-Agro Investment” MMC kimi şirkətlərə rəhbərlik edib.
V.Novruzov Nyu-Yorkda yerləşən Pace Universitetində ali təhsil alıb.
Məcnun Məmmədov həmçinin digər törəmə müəssisə olan “Grand-Agro” MMC-nin rəhbəri idi və onun yerinə Tofiq Həmidov təyin edilib. Tofiq Həmidov buna qədər AFI-nin İdarə Heyətinin üzvi idi. Daha öncələr isə Moskvada yerləşən LLC “RZD International”da və Bakıda “ATEF Şirkətlər Qrupu” MMC-də çalışıb.
Xatırladaq ki, “Agro Food Investment” MMC (şirkət profili) 2018-ci ildə təsis edilib və 202.19 mln. manat nizamnamə kapitalı var. Şirkət sürətlə kənd təsərrüfatının strateji sahələri sayılan südçülük fermaları, zeytun, badam bağları, tingçilik, qarğıdalı emalı, açıq tarla əkini (şəkər çuğunduru, arpa, qarğıdalı, soya və s), soyuq hava deposu və meyvə çeşidləmə, logistika və digər kənd təsərrüfatı və qida istehsalı sahələri üzrə işlərini genişləndirir. Hazırda şirkətin Azərbaycanın əsasən şimal və şimal-qərb, aran bölgələri olmaqla müxtəlif rayonlarda 3200 ha-dan çox torpaqları vardır. Şirkət kənd təsərrüfatı sahəsinə keyfiyyət və məhsuldarlığa əsaslanan inam və etimad mühiti formalaşdırmaq, qida və digər gündəlik istehlak məhsullarının daxili bazar tələbini qarşılamaq və ixrac potensialını inkişaf etdirmək missiyasını daşıyır.
Oxşar Xəbərlər:
Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu
GDU-da "saxta dosent diplomunuⅦ təsdiqlətmək üçün hansı üsula əl atılır?
İlginc «Azkontrakt» MÜƏMMASI... - NƏ BAŞ VERİR?