09 may 2023
166

PAŞİNYANLA LUKAŞENKO MOSKVA PARADINDA

      Bu gün, mayın 9-da Böyük Vətən Müharibəsində SSRİ xalqının faşizm üzərində Qələbəsinin 78-ci ildönümü qeyd olunur.Yenimeydan.info Hraparak nəşrinə istinadən xəbər verir ki, ER baş naziri Nikol Paşinyan, o cümlədən Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri Moskvada Qələbə Paradında iştirak etmək üçün Rusiyanın paytaxtına gəliblər.
Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin Qələbə günü münasibətilə MDB ölkələrinin rəhbərlərinə təbrik teleqramları göndərib, həmçinin Gürcüstan və Moldova xalqlarını ayrı-ayrılıqda təbrik edib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski dünənki fərmanı ilə 9 may tarixini Avropa Günü kimi təsdiqləyərək Moskva ilə bağlı daha bir ənənədən imtina edib.