06 may 2023
236
Zelenski Ukraynanın bərpası üçün fond yaradacaq
zelenski-ukraynanin-berpasi-ucun-fond-yaradacaqUkrayna Prezidenti Volodimir Zelenski Amerikanın aktivlərin idarə edilməsi üzrə “BlackRock” şirkətinin rəhbərliyi ilə ölkənin yenidən qurulması üçün investisiya fondunun yaradılmasının təfərrüatlarını müzakirə edib.
Yenimeydan.info xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, fondun yaradılmasında əsas məqsəd ölkədə irimiqyaslı biznes layihələrinin həyata keçirilməsi üçün özəl və dövlət kapitalını cəlb etməkdir.
Siyasətçi belə bir fondun yaradılmasının investisiya mühitinin gücləndirilməsi üçün “güclü siqnal” olacağını vurğulayıb.
Oxşar Xəbərlər:



