29 mart 2023
132

“ABŞ KEÇMİŞ SSRİ RESPUBLİKALARINI HƏDƏFƏ ALIR” – PATRUŞEV

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib ki, ABŞ-ın Ukraynada bioloji aktivliyinə dair danılmaz sübutlar var.    Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Patruşevin sözlərinə görə, “Vaşinqtonun Ukrayna ərazisində həyata keçirdiyi irimiqyaslı bioloji fəaliyyətlərə, habelə Amerika elitasının bu proseslərdə iştirakına dair təkzibolunmaz sübutlar var”.
O vurğulayıb ki, “bioloji silahların sınaq meydanına çevrilən təkcə Ukrayna deyil”.
“SSRİ-nin digər keçmiş respublikaları, məsələn, Gürcüstan, Moldova, eləcə də bir sıra ŞƏT-ə üzv ölkələr də ABŞ-ın baxış meydanındadır.