29 mart 2023
155

“Araz Supermarket” məhkəməyə verildi- SƏBƏB

​​​​​​​​“Araz Supermarket” MMC-yə gömrük qaydaları əleyhinə olan ( Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) inzibati xəta protokolu tərtib olunub.
KONKRET.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə görə  bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
İşə Abşeron Rayon məhkəməsində Vaqif Həsənov hakim təyin edilib.