18 mart 2023
107

III Dünya müharibəsinə yaxınıq - Prezident

III Dünya müharibəsinin astanasındayıq.
Yenimeydan.info xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Sremska Mitrovica şəhərində sakinlərlə görüşündə deyib.
“Qorxuram ki, biz Üçüncü Dünya savaşının başlanğıcından çox da uzaqda deyilik. Hadisələr belə inkişaf edərsə, Serbiyanın bunların öhdəsindən gələcəyinə əmin deyiləm. Yüzlərlə insan öldüyü zamanda Serbiya hakimiyyətinin hədəfi xalqının həyatını qorumaqdır”, - deyə o bildirib.