07 mart 2023
177

Qarabağda son təxribat: Separatçı zümrənin alt-üst olmuş planları – VİDEO

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin yeni buraxılışı efirə gedib.Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Qarabağda törədilən son təxribatın pərdəarxası haqqında danışıb.
O bildirib ki, Laçın-Xankəndi yolunda keçirilən aksiya separatçıların planlarını əsaslı şəkildə pozub:
“Onlar indi bu yoldan istifadə etməklə nə Qarabağa silah-sursat daşıya bilir, nə də taladıqlarını buradan çıxara bilirlər. Həmçinin martın 1-də Xocalıda ermənilərlə keçirilən görüş də müstəqillik xülyası ilə yaşayan separatçı zümrənin planlarını alt-üst edib”.