07 mart 2023
321

 Gəncədə durum FƏNADIR... - İTTİHAM VAR!

Gəncədə durum FƏNADIR...
DİA.AZ: - Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın sədri Faamil Mustafayevə Gəncədən müraciət var. Bir nüsxəsi də DİA.AZ-a daxil olan və Gəncə ali təhsil ocaqları işçiləri adından ünvanlanmış müraciətdə deyilir:

"Hörmətli Famil müəllim, məlumunuz edirik ki, Ali Attestasiya Komissiyasının Biologiya və kənd təsərrüfatının əsasları üzrə Ekspert Komissiyasının Gəncədən olan hər iki üzvü saxtakarlıqla məşğuldur. Məsələn, ADAU-nun professoru Nizami Seyidəliyev Gəncədən işi Ali Attestasiya Komissiyasında müdafiə etmək üçün təqdim olunmuş, eləcə də hələ göndərilməmiş şəxslərdən külli miqdarda pul alır, onların işini AAK-da təsdiq elətdirmək üçün AAK- ın müəyən əməkdaşları ilə iş birliyinə girir. Məsələn, belə şəxslərdən biri də Gəncə Dövlət Universitetinin Tələbə Həmkarlar Təşkilatının Sədri Pərviz Adıgözəlovdur. Bu şəxsin dissertasiyasını təsdiq etdirmək üçün pulları Nizami Seyidəliyevə artıq verilib. Bu adamın dissertasiyasından xəbəri belə yoxdur. Belə alim yox, hətta müəllim adına layiq olmayan şəxslərin nəyinsə müqabilində ordan burdan köçürmə, heç bir tədqiqat aparılmadan yazılmış cızmaqaralarını təsdiq edib onlara elmi dərəcə vermək nə dərəcədə düzgündür?"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...