04 mart 2023
144

QARABAĞDAKI TERRORÇULARA AĞIR ZƏRBƏ: KAMERALARI SINDIRILDI, QƏRBƏ MESAJ VERİLDİ Kİ…

Qarabağdakı separatçı-terrorçuların videomüşahidə kameraları sıradan çıxarıldı, eyni zamanda, sülhməramlıların gözü qarşısında səngər qazdıqlarının görüntüləri yayılıb. Yenimeydan.info  məlumat verir ki, bu addımın atılması və faktın tirajlanması ilə rəsmi Bakı təmasların qurulmasını istəyən Qərbə Qarabağdakı erməni əhalisinin adından danışmaq istəyənlərin Azərbaycan suverenliyinə təhdid yaratdığını göstərir və onları məhvetmə hüququna sahib olduğu mesajını verir. Siyasi şərhçi Asif Nərimanlı belə düşünür. Onun dediyinə görə, son siyasi proseslər, xüsusilə Xocalı görüşü fonunda bu faktların ortaya çıxması qanunsuz silahlı dəstələrə qarşı mümkün əməliyyatı da aktuallaşdırır.