14 fevral 2023
210

Vurulan obyekt qeyri-Yer mənşəli olub? – ABŞ hərbçiləri istisna etmirlər

Şimali Amerika hava-hücumundan müdafiə (HHM – «NORAD») komandanlığının başçısı Qlen van Xerk istisna etmir ki, son günlər ABŞ-ın hava məkanında vurulmuş uçan obyektlər qeyri-Yer mənşəli ola bilərlər, amma qeyd edib ki, yekun rəyi bu obyektlər üçün kəşfiyyat xidmətləri verməlidir.Son günlər amerikan qırıcıları Alyaska, Kanada və Nuron gölü üzərində naməlum mənşəli və təyinatlı üç yüksəklik hədəfi «tutublar». Jurnalistlər üçün təşkil olunmuş xüsusi brifinqin gedişində van Xerkdən soruşublar, hərbçilər tam istisna etməyə hazırdırlarmı ABŞ səmasında vurulmuş naməlum mənşəli obyektlər qeyri-Yer mənşəlidir?
Jurnalistlərdən biri qeyd edib ki, bu məsələ ilə Amerika ictimaiyyəti aktiv şəkildə maraqlanır. «Sualınıza görə, sağ olun. Mən, kəşfiyyata və əks-kəşfiyyata imkan yaradacam ki, bu məsələ barədə rəy versinlər. Şəxsən mən, indiki mərhələdə heç bir versiyanı istisna etmirəm» – yüksək məqamlı hərbçi deyib.
«Biz, Şimali Amerikaya yaxınlaşan hər bir təhlükənin və ya potensial təhlükənin qiymətləndirilməsini aparmağı davam etdiririk və onları identifikasiya etməyə cəhd göstəririk» – o, əlavə edib.
Komandanlıq başçısının sözlərinə görə, Amerika hərbçiləri hələ ki, müəyyən etməyiblər, şimalda vurulmuş uçan aparat havada nəyin hesabına qalırmış və əmin deyil ki, söhbət hava şarından gedir.
«Mən, o halda deyiləm ki, onların havada qalması səbəbini izah edəm. Mümkündür ki, konstruksiyanın daxilində qazla doldurulmuş şar və ya bu və ya başqa tipli mühərrik qurğusu olub. Amma açıq görünür k, onlar havada qalıblar» – van Xerk qeyd edib.
CNN telekanalı bundan əvvəl sitat gətirib, şarları «tutmaq» üçün havaya qalxmış pilotlar danışıblar ki, vizual müşahidə zamanı müəyyən edə bilməyiblər, aparatların mühərriki harada yerləşir.