09 fevral 2023
248

Özəl provayderlər “Aztelekom”dan nazirliyə şikayət etdilər

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində araşdırmalar aparır.Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində özəl internet provayderləri tərəfindən müraciətlər daxil olub.
Ölkənin aparıcı özəl internet provayderlərindən olan “AzFiberNet” MMC, “Eurosel” MMC, “SeaBak” MMC, “Smart Sistems Texnoloji” MMC, “Sparktel” MMC, “Data Plus” MMC, “Azerfon” MMC və “UniNet” MMC-nin müraciətlərdə qeyd olunur ki, infrastruktur xidmətləri tariflərində olan artım onların fəaliyyətinə mənfi təsir göstərir.
Hazırda Dövlət Xidmətinin apardığı araşdırma “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələblərin pozulması əlamətləri üzrədir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində araşdırmalar davam etdirilir.