08 fevral 2023
299

“Zəlzələ peyğəmbəri”ndən yeni açıqlama: Bu tarixdə yenə olacaq – VİDEO

Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan “zəlzələ peyğəmbəri” ləqəbli məşhur mütəxəssis Frank Hoogerbeets yeni müraciət ünvanlayıb.

Qarşıdakı günlərdə güclü seysmik aktivlik olacağını deyən Hoogerbeets bildirib ki, 6 bal gücündə təkana səbəb olacaq seysmik aktivlik fevralın 8-nə gözlənilir.
“Türkiyədə 5-6 bal gücündə təkanlar davam edəcək. 10 fevralda seysmik dalğalar gözləyirəm. Amma şiddətli olmayacağını təxmin edirəm. Ayın həndəsəsinin fevral ayının 13-14-də formalaşdığını görürük. Bu bir az kritik ola bilər”, – deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, zəlzələ mütəxəssisi Frank Hoogerbeets buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq.