26 yanvar 2023
389

BAKIDA QAZİ ÖZÜNÜ YANDIRDI: SAHİL BABAYEV VƏ PSİXOLOJİ SAĞLAMLIQ MƏRKƏZİ HARA BAXIR? – FOTO

Masallıdan olan, hazırda Xətai rayon qeydiyyatlı qazi Hikmət Salmanzadə ilə maraqlanan yoxdur. Tribunainfo.az xəbər verir ki, bu haqda qazi yoldaşı Bəxtiyar Salayev məlumat yayıb. Onun dediyinə görə, səhhətində yaranan problemlərə görə psixiatr və psixoloqa ehtiyacı olduğu üçün Nərimanov rayon ərazisində yerləşən Psixi Sağlamlıq Mərkəzinə birlikdə gediblər. “Təxminən saat 15:00 radələri idi birlikdə gəldik. Heç bir həkim onu qəbul edib problemlərini soruşmadı. Mən özüm həkimlərlə danışıb bildirdim ki, Salmanzadə Hikmətin səhhətində prablemlər var, bir həkim təyin edin, həkimlər isə mənə cavabında bildirdilər ki, biz bu vaxtı işləmirik, iş vaxtımlz qurtarıb, gedin sabah gələrsiz.
Bu haqsızlığa etiraz əlaməti olaraq qazi Hikmət Salmanzadə bizdən 20-30 metr məsəfə uzaq idi, bir anliq sağa baxdıqda Hikmətin özünü yandırdığını gördük. Mən və qazi Quliyev Şadman oğlu ilə birlikdə onu söndürməyə çalışdıq. Daha sonra ambulans çağırdım Nərimanov Tibb mərkəzinə gətirildi, həkim müayinəsi və müalicəsi altındadır. Həkimlərin dediyinə görə 15-20% yanıb.
Müharibədən sonra inkişaf yox, intihar edirik.
Bu ədalətsizlik, bu haqsızlıq nə vaxta kimi bizə qarşı olacaq?”
Tribunainfo.az