26 yanvar 2026
24
Xərçəngə qarşı şok inqilab:Yeni immunterapiya metastazları məhv etdi
Yenimeydan.info : Tədqiqatçılar CAR-T immunterapiyasının yeni və qeyri-adi mexanizmə əsaslanan variantını sınaqdan keçiriblər.
Doklinik təcrübələr zamanı bu üsul ağciyər və yumurtalıq xərçəngi olan siçanların bir hissəsində metastazlarla birlikdə şişləri tamamilə məhv edib. Metodun əsas fərqi onun “Troya atı” prinsipi ilə işləməsidir: CAR-T hüceyrələri xərçəngə birbaşa hücum etmir, əksinə, adətən şişi qoruyan immun hüceyrələri yenidən proqramlaşdıraraq onları şişin özünə qarşı çevirir.
Bu yanaşma nəticəsində təcrübədə iştirak edən heyvanların ömür uzunluğu əhəmiyyətli dərəcədə artıb, bir çoxunda isə şişlər tamamilə yox olub. Diqqətçəkən məqam odur ki, müsbət nəticələr aşağı dozada hüceyrə tətbiqi və ağır tibbi hazırlıq olmadan əldə edilib.
Qeyd edək ki, araşdırma hələlik yalnız heyvanlar üzərində aparılıb. İnsanlar üzərində klinik sınaqlar keçirilməyib və metodun təhlükəsizliyi ilə effektivliyi əlavə elmi yoxlamalar tələb edir.
Bununla belə, bu, son illərdə xərçənglə mübarizə sahəsində ən ümidverici elmi xəbərlərdən biri kimi qiymətləndirilir.(musavat)
Oxşar Xəbərlər:

İcbari sığortadan imtina etmək nələrə səbəb ola bilər?

Uçotdan silinmiş peyvəndlərdən Sərdar Hacıyevin qazancı nə olub, Cəfər Məhərrəmovun nə… -DETALLAR

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI