24 yanvar 2026
31
Vergilərlə bağlı dəyişiklik vəziyyəti qəlizləşdirib - Kirayə mənzillər də bahalaşacaq
Kirayə bazarında qiymətlərin bahalaşacağı gözlənilir. Bu, təkcə mənzillərin qiymətinin bahalaşması ilə əlaqəli deyil. Ekspertlər daha çox vergi qanunvericiliyinə son dəyişikliklərdən çıxış edərək, kirayə qiymətlərində 5-10 faiz bahalaşma proqnozlaşdırırlar.
Dekabrda Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, kirayədən əldə olunan gəlirlərdən vergi 14 faizdən 10 faizə endirildi. Əmlakını kirayə verən şəxs 10 faiz vergi ödəməli, vergi uçotuna alınıb, bəyannamə verməlidir.- Kirayə gəlirindən ödənilən vergi 14 faizdən 10 faizə endirildiyi halda, niyə kirayə bazarında qiymətlərin əksinə, bahalaşması proqnozlaşdırılır?
Başqa sözlə, ekspertlər verginin kirayə qiymətlərinin üzərinə gələcəyini proqnozlaşdırır.
Şahin Hüseynov hesab edir ki, mənzil sahibləri cərimə və sanksiyalardan çəkinərək, müqavilə bağlayacaqlar. Onun sözlərinə görə, artıq bu istiqamətdə aktivlik müşahidə olunur: “Bir sıra mənzil sahibləri müqavilə bağlayırlar, rəsmiləşdirirlər. Gələcəkdə cərimələnmək istəmirlər. Son vaxtlar telekanallarda bu istiqamətdə təbliğat gedir, hiss olunur ki, bu məsələnin üstünə düşüblər”.
Ekspert əlavə edib ki, əvvəlki dövrlərlə müqayisədə hazırda kirayə bazarında mənzil azdır. Onun sözlərinə görə, bunun da iki mümkün səbəbi ola bilər: “Ya kirayə mənzillərə tələbat həddindən artıq çoxdur, ya da insanlar şərtlərin dəyişməsindən sonra mənzillərini kirayə vermək istəmirlər. Nəticədə kirayə mənzil bazarında qıtlıq yaranıb. Tələbin təklifdən çox olması da qiymətin bahalaşmasına gətirib çıxarır”.
Oxşar Xəbərlər:

Azərbaycana turist axını azaldı

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Evlərin qiyməti daha da artacaq

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!