Deputat Ülvi Quliyevin bahalı saatı - ŞOK QİYMƏT +FOTOLAR

Milli Məclisin deputatı Ülvi Quliyevin keçirdiyi növbəti vətəndaş qəbulunda maraqlı məqam yaşanıb.
Yenimeydan.info: Seçicilərin problemləri ilə maraqlanan deputatın qolundakı lüks saat diqqətimizdən yayınmayıb.
"Big Bang Black Magic" – Qiyməti dodaq uçuqladır
Əldə etdiyimiz məlumata görə, millət vəkilinin üstünlük verdiyi aksessuar dünya şöhrətli "Hublot" brendinə məxsusdur. Fotolardan aydın olur ki, söhbət markanın ən məşhur xətlərindən biri olan "Big Bang Black Magic" modelindən gedir.
Bu model öz xüsusi dizaynı və davamlı materialları ilə seçilir. Hazırda bu növ saatların bazar qiyməti funksionallığından və istehsal materialından asılı olaraq dəyişir:
ABŞ dolları ilə: 10.000 – 20.000 $Azərbaycan manatı ilə: təxminən 17.000 – 34.000 AZN (və daha baha)
Rəsmi şəxslərin sevimlisi
Qeyd edək ki, "Hublot" brendi, xüsusilə "Big Bang" və "Classic Fusion" kolleksiyaları Azərbaycandakı rəsmi şəxslər və iş adamları arasında kifayət qədər populyardır. Ülvi Quliyevin seçimi olan "Black Magic" modeli isə brendin ən bahalı və prestijli nümunələrindən biri hesab olunur.(32gün.az)
Ayaz Musaköylü


201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?
Milli Məclisin yeni heyətində ONLARI ÇƏTİN GÖRƏK... - SİYAHI

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakıda sotu 2 milyona torpağı kimlər satır, kimlər alır...

