14 yanvar 2026
38
Türkiyəli iş adamı qətlə yetirildi
Efiopiyada iki Türkiyə vətəndaşı – Ərdoğan Akbulak, Cengizhan Güngör və onların efiopiyalı sürücüsü hücuma məruz qalaraq həlak olublar.“Qafqazinfo”nun xəbərinə görə, hadisə turist səfəri zamanı baş verib.
Türkiyənin Əddis-Əbəbədəki səfiri Berk Baran bildirib ki, həmin səfərdə dörd Türkiyə vətəndaşı iki nəqliyyat vasitəsində səyahət edib və ön nəqliyyat vasitəsində olan iki nəfər hücumdan xilas ola bilib. Sağ qalan şəxslər və həlak olanların cəsədləri Əddis-Əbəbəyə gətirilib.
Səfir əlavə edib ki, Efiopiya hakimiyyəti hücumla bağlı xüsusi qrup yaradaraq araşdırmalara başlayıb.
Hücumda ölən 75 yaşlı Ərdoğan Akbulak Türkiyədə tanınmış iş adamıdır. O, “Silkar Mədənçilik” şirkətinin İdarə Heyətinin rəhbəri olub.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

“Laser Beauty Clinic”in bağlanan filialından YENİ BİABIRÇI GÖRÜNTÜLƏR: Türkiyəli həkim görün nə paylaşıb / FOTO
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər
Ərdoğan Qərbə baxır. Putin neyləyəcək - GƏLİŞMƏ

Prezident əfv sərəncamı imzaladı – SİYAHI