06 yanvar 2026
28
Tramp administrasiyası neft şirkətləri ilə danışıqlara başladı - Venesuela üçün

ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela ilə bağlı Amerika neft şirkətləri ilə ilkin danışıqlara start verib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Evin yüksək vəzifəli rəsmisi yazışmaların artıq başladığını və davam edəcəyini bildirib.
ABŞ-nin energetika naziri Kris Rayt və Dövlət katibi Marko Rubio Prezident Tramp adından bu danışıqlara rəhbərlik edəcəklər.
Ağ Evin sözçüsü Karolin Livitt isə qeyd edib ki, Venesuelada yeni investisiyalar və imkanlar üzərində Amerika neft şirkətləri ilə işləməyi səbirsizliklə gözləyirlər.
Venesuelaya hərbi müdaxilədən sonra Tramp ABŞ-nin dünyanın ən böyük neft ehtiyatlarına malik ölkədə “çox güclü” iştirak edəcəyini açıqlayıb:
“Biz Venesuelaya nəhəng ABŞ neft şirkətlərini gətirəcəyik. Onlar neft infrastrukturunun təmirinə milyardlarla dollar xərcləyəcək və ölkə üçün gəlir yaradacaqlar”.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

Donald Trampın energetika naziri vəzifəsinə namizədi təsdiqlənib -FOTO

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI