Məlumata görə, ABŞ Senatının Baş Assambleyasında keçirilən səsvermədə 59 senator Donald Trampın namizədliyini irəli sürdüyü Kris Raytın energetika naziri olmasına lehinə, 38 senator isə əleyhinə səs verib.
Beləliklə, Rayt ABŞ-ın yeni energetika naziri olub.
“Liberty Energy”nin baş direktoru olan Rayt keçən ay Senatın Enerji və Təbii Ehtiyatlar Komitəsində dinləmələr zamanı ABŞ-ın enerji üstünlüyünü bərpa edəcəyinə söz verib.
Hidrokarbon yanacağın tərəfdarı kimi tanınan Rayt 2023-cü ildə paylaşdığı bir videoda İqlim böhranı deyə bir şey olmadığını demişdi.
04 fevral 2025
111
Donald Trampın energetika naziri vəzifəsinə namizədi təsdiqlənib -FOTO

ABŞ prezidenti Donald Tramp tərəfindən energetika naziri vəzifəsinə namizədliyi irəli sürülən Kris Rayt ABŞ Senatı tərəfindən təsdiqlənib.



