26 dekabr 2025
31
Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzindən 4,3 milyonluq sifariş - QALİB

"Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üçün laboratoriya avadanlıqlarının satınalınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
"DİA-AZ" xəbər verir ki, tenderin qalibi "İmago Co" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 4 milyon 329 min 774 manat təşkil edir. Ehtimal olunan qiymət isə 4 milyon 406 min 698 manat idi.
Qeyd edək ki, "İmago Co" MMC tibb sahəsindəki satınalmalarda fəal iştirak edir. Şirkət bundan əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən İmmunoseroloji, Biokimyəvi və Hematoloji reaktivlərin satın alınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 3 milyon 354 min 653 manat təşkil edib.
Oxşar Xəbərlər:

Gəncə Dövlət Universitetinin 1 milyon 600 min maliyyəni hara xərcləyib…

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI