24 dekabr 2025
29
"Referans"da yoxlama aparıldı, sertifikatsız fəaliyyət aşkarlandı
Səhiyyə Nazirliyi "Referans" klinikasının Əhmədli filialında plandankənar yoxlama keçirib.Yenimeydan.info "Teleqraf"a istinadən xəbər verir ki, yoxlama zamanı klinikada sertifikatsız rentgenoloji iş üzrə özəl praktik tibb fəaliyyəti aşkar edilib.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərib.
Məhkəmənin qərarına əsasən, "Referans" klinikası 6 000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, "Referans Medical Group"un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.
Oxşar Xəbərlər:

Ölüm saçan “MedAura” klinikası - Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır?

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

“Referans Medical Group“ MMC-ni cərimə gözləyir - Fərdi məlumatlar haqqında qanunvericilik pozulub
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI