21 dekabr 2025
8
İmran Xanla həyat yoldaşına 17 il həbs verildi
Pakistan məhkəməsi sabiq baş nazir İmran Xanı və həyat yoldaşı Büşra Bibini Toşaxana (hədiyyələrin saxlandığı rəsmi dövlət anbarı) ilə bağlı ikinci korrupsiya işi üzrə 17 il həbs cəzasına məhkum edib.
Yenimeydan.info Report-a istinadla xəbər verir ki, söhbət sabiq baş nazir və həyat yoldaşının 2021-ci ildə Səudiyyə Ərəbistanı hökumətindən aldığı dövlət hədiyyələri ilə bağlı ehtimal olunan dələduzluqdan gedir.
Məhkəmə İmran Xanı və Büşra Bibini "etibardan sui-istifadə" maddəsi ilə 10 il, "Korrupsiyanın qarşısının alınması" haqqında qanunun müxtəlif maddələri ilə isə 7 il həbs cəzasına məhkum edib. Bundan başqa, onlara 16,4 milyon Pakistan rupisi (təxminən 60 min ABŞ dolları) məbləğində cərimə təyin edilib.
Cinayət işi 2024-cü ilin iyulunda açılıb. İstintaq İmran Xan və Büşra Bibinin bahalı saatlar, zinət əşyaları kimi qiymətli hədiyyələri Toşaxanaya təhvil verməyərək satdığını iddia edir.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI