17 dekabr 2025
6
Naxçıvan Mədəniyyət Nazirliyində NƏ İŞLƏR ÇEVRİLİR?
"Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində baş verən ciddi qanun pozuntuları və vəzifə səlahiyyətlərindən sui-istifadə halları barədə məlumat vermək məqsədilə bu müraciəti edirəm". Bu barədə "DİA-AZ"a göndərilən məlumatda deyilir.
Məlumatda daha sonra deyilir: "Nazir vəzifələrini icra edən Həsən Seyidov və aparat rəhbəri Kamandar Ələkbərov tərəfindən aparılan struktur dəyişiklikləri zamanı bir sıra nöqsanlara yol verilmişdir. Onlar musiqi məktəblərinin müəllimlərini işdən azad etmiş, geri qaytarmağa əsas gətirərək son haqq hesablarını vermişlər. Lakin mədəniyyət klub və kitabxana işçilərinin əməkhaqqısından 2–3 gün üçün 50–60 manat məbləğində azalma etmişlər. Bu azalma barədə işçilərə heç bir izahat verilməmişdir.
Qeyd olunan kəsintilər işçilərin bayram qabağı olması səbəbindən ciddi narazılığa səbəb olmuşdur. Şikayət etmək istəyən işçilər isə hədələnməklə bu hüquqlarından məhrum edilir. Həmin günlərdə klub və kitabxana işçiləri öz vəzifələrinin başında olmuş, lakin səhv planlama nəticəsində maaşlarından kəsinti edilmişdir.
Əlavə olaraq, mədəniyyət klub və kitabxana filiallarının əməkhaqqısı kəsildiyi halda, onlara son haqq hesabının niyə verilmədiyi də sual doğurur. Bu pulların büdcəyə necə xərcləndiyi və hansı qrup tərəfindən alınmadığı məlum deyil. Həsən Seyidovun vəzifəyə təyin olunmasından sonra hər ay külli miqdarda vəsait xərclənməsi də açıqlanmamışdır.
Beləliklə, kitabxana və klub işçilərinin pullarının kəsilməsi açıq-aşkar qanunsuzluq, və nazirlik qurumunun səhvlərinin işçilərin üzərinə yüklənməyə çalışılmasıdır.
Xahiş edirəm, bu məsələlərin hərtərəfli araşdırılmasını, qanun pozuntularının və əməkhaqqı ilə bağlı düzgün hesabatın təmin olunmasını təmin edəsiniz..."
Oxşar Xəbərlər:

Könüllərdə yaşayan, ürəklərdə iz qoyan böyük alim və şəxsiyyət Həsən Mirzə

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!