06 dekabr 2025
4
Məktəblilər ayağa qalxdı - “Əsgər getmək istəmirik”/FOTOLAR

Almaniyanın bir sıra şəhərlərində məktəblilər ölkədə hərbi çağırış qaydalarının sərtləşdirilməsinə etiraz olaraq aksiya keçirib.
Yenimeydan.info : Yerli mətbuat xəbər verir ki, nümayişlər həm Berlin, Drezden, Leypsiq kimi böyük şəhərlərdə, həm də kiçik yaşayış məntəqələrində keçirilib.
Aksiya təşkilatçıları bildiriblər ki, ümumilikdə etirazların ölkənin 90 şəhərində təşkili planlaşdırılıb.
Etirazlar dərs saatlarına təsadüf etdiyindən bir çox şagirdlər aksiyaya qoşulmaq üçün son bir-iki dərsi buraxıblar. Ümumilikdə yüzlərlə məktəbli etirazlara qatılıb, Berlin isə iştirakçı sayına görə xüsusi seçilib, burada nümayişçilərin sayı 3 min nəfəri keçib. Aksiyada aşağı sinif şagirdləri ilə yanaşı kiçik uşaqları olan valideynlər də iştirak ediblər.
Nümayişlər Bundestaqın həmin gün çağırış sisteminə dair islahatları təsdiqləməsi fonunda baş verib. Yeni qaydalara əsasən, Almaniyada gənclər 18 yaşına çatdıqdan sonra məcburi tibbi müayinədən keçməlidirlər.
Hərbi xidmətin özü könüllü olaraq qalır; lakin əsgər çatışmazlığı yaranacağı təqdirdə Bundestaq qərar qəbul edərsə, vətəndaşlar püşkatma yolu ilə xidmətə çağırıla bilərlər.
Aksiyaya çıxan məktəblilər məhz bu mexanizmin gələcəkdə məcburi çağırışa çevrilə biləcəyindən narahat olduqlarını bildiriblər.


Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

“Gənclər evi” Sosial Xidmət Müəsissələri satınalma keçirir, yoxsa kimlərinsə sifarişini icra edir -İLGİNC FAKTLAR

COP29-də aktivistlər aksiya keçirdi -TƏLƏBLƏR

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!