02 dekabr 2025
20
Rusiyada əsas qorxu dəyişdi: internetin kəsilməsi arağı belə geridə qoydu
Rusiyada aparılan sorğu göstərib ki, ölkə əhalisinin yeni birinci narahatlığı internetin itməsidir.Yenimeydan.info xəbər verir ki, 2025-ci ilin III rübündə 63 regionda internetin qeyri-sabitliyi əsas həyəcan mənbəyinə çevrilib — ötən rübdə bu problem cəmi 8 bölgədə qeyd olunurdu.Ən çox narahatlıq Moskvada, Krasnodar diyarında, həmçinin Nijni Novqorod və Rostov vilayətlərindədir. Sorğuya görə, WhatsApp və Telegram zənglərinin bloklanması da top qorxular siyahısındadır. 46 regionda isə ilk üçlükdə alkohol satışına qadağa ehtimalı yer alır.
Maliyyə fırıldaqçıları mövzusu əvvəlki kimi gündəmi tutmur: artıq yalnız 14 regionda əsas narahatlıq kimi qalır.
Vətəndaşları narahat edən digər məsələlər: benzin qiymətlərinin artması, yeni utilizasiya yığımı qanunu və taksi xidmətlərindəki problemlər.
Rusiyada insanlar böyük siyasətdən çox, gündəlik rahatlıqlarının — sabit internetin qorunmasını prioritet sayır.
Musavat.com
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

AYNA-nın çörəksiz qoyduğu ailələr... - "Hələ də özümə iş tapmamışam..."

Bu sahədə fəaliyyəti göstərmək üçün 3000 manat dövlət rüsumu ödənilməlidir facebook twitter whatsapp messenger telegram vkontakte

Saxta sənəd düzəldən vəzifəli şəxs məhkəmə zalında həbs edildi

Banklar gəlir və zərərlərini açıqlayır