29 noyabr 2025
21
Kənd Təsərrüfatı nazirinin "sığorta əməliyyatı" - BU NƏDİ BELƏ?
Aqrar Sığorta Fondunun açıqlamasına görə, guya mart ayında Nabran tərəfdə nektarin bağını "şaxta vurub”, iki mərhələli ekspertiza aparılıb və nəticədə rekord məbləğdə ödəniş ayrılıb.7NEWS.az xəbər verir ki, Xaçmazda bir fermerə 712 min manat sığorta ödənişi verilibmiş…
Amma adamın ağlına bir sual yox, iki sual gəlir:
Birincisi: Necə olur ki, elə bil ölkədə yalnız bir bağ şaxtaya düşüb? O ətrafda yüzlərlə bağ var — nə üçün onların heç biri "vurulmayıb”?
İkincisi: Xaçmazda bu il elə sərt şaxta nə vaxt olub ki, nə rayonun, nə fermerlərin, nə də fermer qruplarının xəbəri var?
Bizə "şaxta vurub” deyirlər, amma soyuq sanki hava ilə yox, izahla bağlıdır. Ölkədə şəffaflıq olmayan yerdə hər havanın adı şaxta, hər izahatın adı ekspertiza olur.
Oxşar Xəbərlər:

Bu şəxslərdən kənd təsərrüfatının inkişafına xidmətdən başqa hər şeyi gözləmək olar.
"Nur" çörəkləri həm yanmış, həm də kiflənmiş... -FOTOFAKT

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI