25 noyabr 2025
53
“MedAura” klinikasıın həkimi Yaqub Əsəd səhv əməliyyat edib-RƏSMİ AÇIQLAMA
Redaksiyamıza nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, protokol uğursuz rinoplastika əməliyyatı ilə əlaqədar tərtib edilib. Noyabrın 7, 12 və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib: “Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülüb və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib”.

Qeyd edək ki, Bakıda “MedAura” klinikasında gənc qız, Şəmkir sakini Nigar İlham qızı Budaqlı burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib. N.Budaqlının əməliyyatını həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib. Məlumata görə, ekspert rəyində həkimlərin təqsiri sübuta yetirilib.(xalq.online)

Qeyd edək ki, “MEDAURA Klinikası”nın sahibi isə Nihat Zeynallıdır.

Oxşar Xəbərlər:

Ölüm saçan “MedAura” klinikası - Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır?

Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA - “Təqsirləri sübut edilib, amma həbs olunmurlar”

“MedAura”da əməliyyatdan sonra şikayət: “Burnum çürüyür”-VİDEO
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
