20 noyabr 2025
92
Əmrullayev təhsilə ayrılan pulları israf edir – Dosent
Çox işlərin onlayn olduğu bir zamanda, 50 nəfərin xaricdə 20 gün müddətində təcrübə keçməsinə-“Təhsildə liderlik” proqramı adı ilə Elm və Təhsil Nazirliyinin pul ayırması sadəcə israfçılıqdır.
Tribuna-nın məlumatına görə, bu barədə danışan ali təhsil üzrə ekspert İlham Əhmədovun sözlərinə görə, “COURSERA” kursunda bu il 200 min vətəndaşımız dövlət hesabına onlayn təlim almalıdır:
“Lakin il bitir, hələ heç 30 % insan təlim keçməyib.
Dövlətin pulu hədər gedir.
Bu 50 nəfər öyrənəcəyi təlimi, fərdi qaydada Coursedan da ala bilərdi.
Hər dəfə elm və təhsildə ən aktual layihələrə, alimlərin xarici ölkələrdə konfranslara ezam edilməsinə ETN pul vermədiyi halda, belə nəticəsiz turist səfərlərinə çox səxavətlə pul ayırır.
Belə tərsinə qurulmuş təhsil siyasətinin nəticəsi nazirin təbirincə desək, təbii ki, tərsinə qurulmuş təhsil olacaqdı.
Bu səfərsiz də belə təhsil siyasəti nəticəsində təhsilə dair bütün reytinqlərdə Liderik, bu səfərə bir ətək pul tökməyin nə mənası?”.
Gülşən Rəsul
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….

"Marmara Group"un təhsil və vergi FIRILDAĞI... -NARAZILIQ!

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!