17 noyabr 2025
55
Balıkesirdə yenə zəlzələ oldu
Türkiyədə 4 bal gücündə zəlzələ baş verib.Yenimeydan xəbər verir ki, bununla bağlı Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli saatla 03:32-də Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.
Zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.




