12 noyabr 2025
37
"Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb - VİDEO
Türkiyənin "Haber Global" telekanalı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya düşməsi ilə bağlı reportaj hazırlayıb."Report" xəbər verir ki, reportajda qəzanın baş vermə səbəbləri ilə bağlı bir neçə versiya irəli sürülüb.
Telekanal mənbələrə istinadən bildirib ki, təyyarə uzun müddətdir xidmətdə olub və sonuncu dəfə 2020-ci ildə əsaslı təmir edilib. İkin ehtimala görə, təyyarənin gövdəsində korroziya, yəni paslanma nəticəsində deşilmə baş verə bilərdi. Nəticədə bu hal, qəzaya səbəb ola bilər. Çünki, 2019-cü ildə ABŞ-də, Arizona ştatında eyni tipli təyyarə məhz bu səbəbdən qəzaya uğrayıb.
"Digər ehtimal - yüklər lazımi qaydada bərkidilmədiyi üçün uçuş zamanı yer dəyişmə baş verə bilərdi. Bu halda, tərpənən yük gövdənin daxili səthlərinə çırpılaraq onun zədələnməsinə səbəb olub. İstintaq Gürcüstan və Türkiyə tərəfindən aparılır, Azərbaycan isə Türkiyəyə tam dəstək göstərir. Qəza ilə bağlı bütün sirlər qara qutunun tapılmasından sonra ortaya çıxacaq", - deyə reportajda vurğulanıb.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” -ŞƏRH
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI