11 noyabr 2025
55
Ərdoğandan qəza ilə bağlı - İlk açıqlama
Gürcüstan ərazisində qəzaya uğrayan türk hərbi təyyarəsi ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan ilk açıqlama gəlib.Yenimeydan.info xəbər verir ki, Ərdoğan bu haqda AKP-nin Konqres Mərkəzində keçirilən Şəhərsalma Zirvəsində çıxışı zamanı danışıb:“Təyyarəmizin qəzaya uğradığını öyrəndik, qurumlarla dağıntılara çatmaq üçün işlərimiz davam edir, inşallah qəzadan ən az itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır”.


