08 noyabr 2025
42
“Referans”ın baş həkimi 32 yaşlı laborant imiş…
Mediada və sosial şəbəkələrdə “Referans” klinikasında tibbi analiz nəticələrinin digər klinikaların nəticələri ilə üst-üstə düşməməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, əksər özəl xəstəxanalarda çalışan həkimlər öz pasiyentlərini məhz “Referans”a yönəldirlər.
Yenimeydan.info “Teleqraf”a istinadən xəbər verir ki, ötən il fəaliyyətə başlayan “Referans Naxçıvan” Tibb Mərkəzinin baş həkimi laborantdır. Söhbət 32 yaşlı Variz İsmayılovdan gedir.
“Referans”ın rəsmi saytında bu klinikada çalışan digər həkimlərin təhsil aldığı universitetlər göstərilsə də, Variz İsmayılovla bağlı məlumatlarda onun tibbi təhsilinə aid hər hansı məlumata rast gəlmək mümkün deyil. Belə olan halda laborantın ixtisaslı həkimlərə necə rəhbərlik etdiyi sual olaraq qalır.
Maraq üçün bildirək ki, laborant laboratoriyalarda elmi-texniki tədqiqat və analiz işləri aparan mütəxəssisdir. O, təcrübələr üçün lazımi preparat və avadanlıqları hazırlayır, nümunələri analiz edir, nəticələri qeyd edir və laboratoriya rəhbərinə kömək edir. Bu peşə tibb, kimya, biologiya, fizika və sənaye kimi müxtəlif sahələrdə tələb olunur.
Qeyd edək ki, səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisəsinin rəhbərləri haqqında təlimat”da qeyd edilib ki, tibb müəssisəsinin rəhbəri vəzifəsinə ali tibb təhsili olan (baş direktor və direktor vəzifəsinə əlavə olaraq ali iqtisadi və ya ali hüquq) və ixtisası üzrə ən azı 5 il iş stajı olan şəxs təyin edilir.
“Referans Medical Group”un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.

Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

"Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!

"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu

İbrahim Cəfərov bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurub -DE-FAKTO
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!