05 noyabr 2025
69
İsmayıllıda təbiətin anasını belə ağladırlar - FOTOFAKT

İsmayıllı rayonunda meşə ərazisində ağacların kütləvi şəkildə kəsilməsi geniş rezonans doğurub.
Ajans.az-ın əldə etdiyi məlumata görə, görüntülərdə rayon ərazisində, meşə zolağında onlarla ağacın əsasən də qoz ağaclarının kəsildiyi görünür. Kadrlarda ağac kötükləri və ətrafda səpələnmiş budaqlar aydın şəkildə seçilir.
Yerli sakinlər bildirib ki, hadisə bir neçə gündür davam edir. İddia olunur ki, Meşə zolağında qeyri qanuni olaraq çox sayda ağac kəsilib.
Onların sözlərinə görə, kəsilən ağacların bir hissəsi qurumuş olsa da, əksəriyyəti sağlam və yaşıldır. “Bu ağaclar onillərlə böyüyüb, indi bir neçə saata baltalanır. Əgər bu, icazəsizdirsə, günahkarlar tapılmalıdır,” deyə video çəkən rayon sakini bildirib.Hazırda İsmayıllı sakinləri və ekoloji fəallar hadisənin obyektiv araşdırılmasını, təbiətə vurulan ziyanın aradan qaldırılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edirlər.
Oxşar Xəbərlər:

Böyük yaşıllıq ərazi məhv edildi… İki dövlət qurumundan fərqli CAVAB (FOTO,VİDEO)

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Biləcəridə ağaclar kəsilib mebel sexlərinə verirlir?

Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov da meşələrin kəsilməsinə rəvac verir- İLGİNC/FOTO
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!