04 noyabr 2025
60
“SOCAR-da hərc-mərclik var idi”
“SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”.Yenimeydan.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Nazir qeyd edib ki, SOCAR-ın son 5 ildə xalis mənfəəti təxminən 2 dəfədən çox artıb.“Vergi məbləğinin ödənilməsi ilə bağlı olan şərhlər yalnış mülahizədir. Bu məlumatlar açıqdır. Yanaşma belə oldu ki, müəssisə sadəcə olaraq yalnız mənfəət vergisini ödəyir. Bu, belə deyil.
Müəssisə tərəfindən ödənilən vergilər müxtəlif növ vergilərdən ibarətdir. Ona görə də, dövlət müəssisələrinin optimallaşdırılması hər zaman dövlətin aidəyyəti strukturlarının diqqətində bundan sonra da olacaq. Yəni hansısa şirkətin, o cümlədən, SOCAR-ın fəaliyyətinə dair sual varsa, onlar SOCAR-a ünvanlanmalıdır”, - nazir bildirib.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Milli Məclisin yeni heyətində ONLARI ÇƏTİN GÖRƏK... - SİYAHI

Prezident əfv sərəncamı imzaladı – SİYAHI