31 oktyabr 2025
69
Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlayıb - AÇIQLAMA
Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq qurumdan bildirilib. Qeyd edilib ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Elm və Təhsil Nazirliyində audit həyata keçirir. Audit Nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən “Təhsil Respublika İdman Mərkəzi” publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir.
Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb

Yeni Dövlət Xidməti yaradıldı - Fərman
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!