26 oktyabr 2025
81
Xocalıdan yeni kadrlar: Ermənilər Xan yadigarını bərbad hala salıb (VİDEO)
AzTV-nin çəkiliş qrupu Böyük xanəndə Xan Şuşinskinin ata ocağında olub.Süjetdə qeyd olunub ki, Ballıcadakı bu evdə sənətkarın uşaqlıq dövrü keçib. Uzun illər Şuşada yaşasa da, hətta Şuşada dünyaya gəldiyi deyilsə də, bu məkanın nəfəsi, bu torpağın avazı onun səsində daim yaşayıb.
Xan Şuşinski Pənahəli xanın nəvəsi, Məhəmməd bəy Cavanşirin nəticəsi Aslan Ağa Cavanşirin oğludur.
Binaya diqqət yetirdikdə, edilən əlavə müdaxilələri görmək mümkündür. Lakin nə etsələr də, bu evin keçmişinin izlərini tamamilə silə bilməyiblər.
Evdə aparılan araşdırmalar zamanı tapılan bəzi fotolar buranın həm də məktəb kimi istifadə olunduğunu təsdiq edir.
Mədəniyyət Nazirliyi binaya baxış keçirib. Tikintinin mədəni və tarixi əhəmiyyətini nəzərə alaraq, tarixi abidələrin reyestrinə daxil edilməsi üçün qeydə alınıb.
Oxşar Xəbərlər:

BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Bakıda məşhur aşpaz 260 min manatı kimə və niyə verib? – 850 minlik sövdələşmə
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!