24 oktyabr 2025
69
“Changan” avtomobil satıcısı məhkəməlik oldu – SƏBƏB
“Changan” avtomobillərinin Azərbaycandakı rəsmi distributoru olan “Azərbaycan Avtomobil Evi” MMC ilə bağlı cərimə protokolu imzalanıb.Tribunanfo.az xəbər verir ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydaları əleyhinə olan 336.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
“Azərbaycan Avtomobil Evi” MMC ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 30 oktyabr tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Azərbaycan Avtomobil Evi” MMC “Changan” avtomobillərinin Azərbaycanda rəsmi distributorudur. “SR Group Co.” MMC-nin törəmə şirkəti olan “Azərbaycan Avtomobil Evi” ölkədə “Changan” avtomobillərinin satışı ilə məşğuldur. MMC-nin direktoru Orxan Bayramovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Roman
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI