07 oktyabr 2025
55
Alimlər alzheimerin çarəsini TAPDILAR
Kataloniya Bioinjineriya İnstitutu və Qərbi Çin Universitetinin tədqiqatçıları siçanlarda Alzheimer xəstəliyini geri çevirməyə imkan verən yeni texnologiya təqdim ediblər.Araşdırmanın nəticəsi “Signal Transduction and Targeted Therapy” (STTT) jurnalında dərc olunub. Araşdırmada təsvir edilən nanozərrəciklər ənənəvi dərmanlardan fərqli olaraq müstəqil müalicə vasitəsi kimi fəaliyyət göstərir, beyin damarlarının işini və qan-beyin baryerini bərpa edir.Alimlər müəyyən ediblər ki, damar sisteminin zədələnməsi və beyində toksik zülallardan (məsələn, amiloid-β) təmizlənmənin pozulması demensiyanın inkişafında əsas rol oynayır. Nanozərrəciklərin üç inyeksiyasından sonra siçanların beynindəki amiloid səviyyəsi cəmi bir saat ərzində 50–60 faiz azalıb, bir neçə ay sonra isə heyvanlar tam olaraq idrak funksiyalarını bərpa ediblər.
Tədqiqat müəllifləri qeyd edirlər ki, bu effekt beyin damarlarının normal fəaliyyətinin bərpası ilə bağlıdır. Bu, neyrodegenerativ xəstəliklərin müalicəsində yeni yanaşma yaradır. Burada əsas məqsəd neyronlara birbaşa təsir göstərmək deyil, damar sağlamlığını və beynin təbii təmizlənmə mexanizmlərini bərpa etməkdir.
Bundan əlavə, alimlər sentyabr ayında müəyyən ediblər ki, omega-3 və omega-6 yağ turşularının balanslı nisbəti ürəyi, eləcə də beyni qorumağa, həmçinin Alzheimerdən tutmuş xərçəngə qədər bir çox yaşla bağlı xəstəliklərin riskini azaltmağa kömək edir.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezidentlər Birgə Bəyanat imzaladılar

İbrahim Cəfərov bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurub -DE-FAKTO

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!