06 oktyabr 2025
54
Dövlət qurumunun 2 tenderi eyni səbəb ucbatından LƏĞV EDİLDİ - DETALLAR
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən elan olunmuş iki tender ləğv edilib.
"DİA-AZ" xəbər verir ki, ləğv edilmiş tenderlər “Döşəməyuyan və sənaye tipli tozsoran təmizlik avadanlıqlarının satın alınması” və “Antidekubital (yataq yarası əleyhinə) tibbi döşəklərin satın alınması” ilə bağlı olub.
Birinci tender, “Döşəməyuyan və sənaye tipli tozsoran təmizlik avadanlıqlarının satın alınması” müsabiqəsi 10 sentyabr 2025-ci il saat 17:00-da dərc olunmuşdu. Təkliflərin qəbulu və zərflərin açılışı 2 oktyabr 2025-ci il saat 12:00-da keçirilməli idi. Ehtimal olunan qiymət 9 340,69 manat təşkil edirdi. Lakin satınalmada iştirak edən və tələblərə cavab verən təchizatçıların sayı üçdən az olduğuna görə tender yetərsay olmadığı üçün ləğv edilib.İkinci tender, “Antidekubital (yataq yarası əleyhinə) tibbi döşəklərin satın alınması” müsabiqəsi isə 10 sentyabr 2025-ci il saat 16:56-da elan edilmişdi. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılışı 2 oktyabr 2025-ci il saat 15:00-a təyin olunmuşdu. Ehtimal olunan qiymət 36 462,00 manat idi. Tenderin ləğv səbəbi eyni olub.
Beləliklə, hər iki satınalma proseduru iştirakçıların sayının az olması səbəbilə nəticəsiz qalıb.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu