22 sentyabr 2025
75

Rusiya yeni ehtiyat formalaşdırır

Rusiya çağırışçılardan ibarət ehtiyat formalaşdırır
Rusiya bir neçə aydır ardıcıl olaraq çağırışçılardan strateji ehtiyat formalaşdırır.


Yenimeydan.info xəbər verir ki . Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında məlumat verilir.
Bildirilir ki, bu ehtiyatın formalaşması cari ilin iyul ayından etibarən başlayıb. Bu zaman Rusiya cəbhədə itkilərinin nisbətən azalması ilə daha çox vətəndaşı orduya cəlb edə bildiyindən onların bir hissəsi strateji ehtiyatı formalaşdırmağa yönəldilir.
ISW-nin fikrincə, strateji ehtiyatın yaradılması Kremlin müharibəni bitirmək niyyətində olmadığını göstərir. Əksinə, Rusiya bu yolla NATO ilə mümkün qarşıdurmaya da hazırlaşa bilər.