30 avqust 2025
90

Bakı-Ağdam qatarı 32 ildən sonra reysə çıxdı

baki-agdam-qatari-32-ilden-sonra-reyse-cixdi

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu gündən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib.
Yenimeydan.info  xəbər verir ki, Ağdama sərnişin qatarı artıq yola düşüb.
Qeyd edək ki, 07:10- da yola düşən qatar, Ağdama 11:53-də çatacaq.
Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı–Ağdam–Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.