24 avqust 2025
135
Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır
Türkiyə müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun efirində deyib.
Səfir bildirib ki, Ankara təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya qoşun yeritməyi də nəzərdən keçirir.
“Dünən müdafiə naziri Yaşar Gülər ilə görüşdüm, çox səmimi və məhsuldar söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsi əməliyyatına qoşulmağa hazırdır”, – dipolomat vurğulayıb.
Türkiyə tərəfi dənizlə yanaşı, humanitar mülki torpaqların minalardan təmizlənməsində iştirak təkliflərini də nəzərdən keçirir. Cəlal həmçinin xatırladıb ki, Türkiyə təhlükəsizlik zəmanətlərinin verilməsi çərçivəsində Ukraynaya qoşun göndərməyə potensial olaraq hazır olan 10 ölkədən biridir.
“Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq”, – səfir əlavə edib.
Oxşar Xəbərlər:

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

Prezidentlər Birgə Bəyanat imzaladılar

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR
Türkiyə Qərbin və Rusiyanın Ukrayna planını pozur:Kreml-Ankara münasibətləri kəskinləşir

Prezident əfv sərəncamı imzaladı – SİYAHI