23 avqust 2025
136
Qalmaqallı həkim yenidən fəaliyyətə başlayıb? - Video
“Qafqazinfo” xəbər verir ki, həmin klinikadan artıq bir həftədir ki, onun işə başladığını təsdiqləyiblər.
N. Məmmədova isə bildirib ki, klinikada yalnız xəstə qəbul edir. Aidiyyəti qurumlar tərəfindən onun fəaliyyətinə qadağa qoyularsa, qanuna əməl edəcək.
Səhiyyə Nazirliyindən isə plastik cərrahlarla bağlı təsdiqlənmiş son siyahıda N.Məmmədovanın adının olmadığı əvvəlcədən açıqlamışdı.
Xatırladaq ki, N. Məmmədovanın adı əvvəllər bir neçə dəfə pasiyentlərlə bağlı qalmaqallarda hallanmışdı.
Bildirilirdi ki, Rusiya vətəndaşı olan 37 yaşlı Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Oxşar Xəbərlər:

Qadağa tanımayan “CƏRRAH”LAR – Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Hələ də qanunsuz fəaliyyət göstərən plastik cərrahlar var - NƏ ETMƏLİ?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
