21 avqust 2025
84

Azərbaycanın daha bir rayonunda kütləvi zəhərlənmə: Onlarla şəxs xəstəxanaya YERLƏŞDİRİLDİ

Azərbaycanın daha bir rayonunda kütləvi zəhərlənmə:
"20.08.2025-ci il tarixində saat 18:30-dan başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub".
Yenimeydan.info   APA-ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Onlardan doqquzu azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.

15 nəfər ambulator müalicə üçün evə buraxılıb. Beş nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - məlumatda bildirilib.